Rusiyada həbsdə olan amerikalı diplomat Mark Vogel sərbəst buraxılıb.
Modern.az xəbər verir ki, o, Rusiyada səfərdə olan ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla eyni təyyarədə ABŞ-y qayıdıb.
ABŞ prezidentinin xüsusi nümayəndəsi açıqlamasında Mark Vogelin mübadilə çərçivəsində azad edildiyini qeyd edib. O, ABŞ-ın kimləri azad etdiyini açıqlamayıb.
Mark Vogel Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb, o, Rusiya prezidenti Vladimir Putin tərəfindən əfv olunduğunu bildirib.
Qeyd edək ki, Mark Vogel ABŞ vətəndaşıdır, 2021-ci ilin may ayına qədər ABŞ-ın Moskvadakı səfirliyində çalışıb və diplomatik statusa malikdir. O, iki ay Moskva Anglo-Amerikan Məktəbində dərs deyib. 2021-ci ilin avqustunda Şeremetyevo hava limanında saxlanılıb.
Daha sonra o, Moskva vilayətinin Ximki Məhkəməsi tərəfindən 14 il müddətinə azadlıqdan məhrum edilib. O, narkotik qaçaqmalçılığı, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulub.