AZ

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırılıb

İstanbulda müşahidə edilən dumanlı hava şəraiti səbəbindən Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi məlumat yayıb.

“Yerli vaxtla saat 03:10-da ( Bakı vaxtı ilə 04:10 - Qeyd) hava şəraiti normallaşana qədər sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb”, - məlumatda deyilir.

İstanbulun bir sıra ərazilərində güclü qar yağması səbəbindən yerli hakimiyyət orqanlarının qərarı ilə fevralın 12-də məktəblərdə dərslər ləğv edilib. Türkiyə paytaxtının Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanının fəaliyyətində hər hansı dəyişikliklə bağlı hələlik məlumat yoxdur.

Seçilən
15
4
operativmm.az

5Mənbələr