Bu gün kişi voleybolçular arasında Yüksək Liqada X tura start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.
Öncə çempionatın autsayderləri MOİK və “Gənclər” üz-üzə gələcək. Ardınca “Neftçi” “Xilasedici” ilə qarşılaşacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək “Murov Az Terminal” - “Azərreyl” oyunu ilə yekun vurulacaq.
Yüksək Liqa (kişilər)
X tur
12 fevral
16:00. MOİK - “Gənclər”
GİN-in Voleybol Mərkəzi
18:00. “Neftçi” - “Xilasedici”
GİN-in Voleybol Mərkəzi
1 | Murov Az Terminal | 9 | 8 | 1 | 25-3 | 688-515 | 24 |
2 | Xilasedici | 9 | 7 | 2 | 22-8 | 711-583 | 21 |
3 | Azərreyl | 9 | 6 | 3 | 21-10 | 732-593 | 19 |
4 | Neftçi | 9 | 5 | 4 | 15-15 | 648-637 | 14 |
5 | MOİK | 9 | 1 | 8 | 3-26 | 570-698 | 2 |
6 | Gənclər | 9 | 0 | 9 | 3-27 | 500-726 | 1 |
İdman.biz