ABŞ prezidenti Tramp Ağ Evdə qonaq etdiyi İordaniya Kralı II Abdullah ilə görüşdən əvvəl mətbuat mənsublarına Qəzzanı dəyərləndirib.

İndex.az xəbər verir ki, Qəzzada fələstinliləri Misir və İordaniya kimi qonşu ölkələrə göndərmək planını xatırladan Tramp Qəzzanın yaşana bilən ərazi olmadığını və yenidən inşa edilməsi lazım olduğunu bildirib.

ABŞ-ın Qəzzanı alıb-almayacağı ilə bağlı qiymətləndirmələr edən Tramp deyib: “Orada alacaq bir şey yoxdur. Biz oranı ələ keçirib saxlayacayıq. Nəhayət, Yaxın Şərqdə insanlar üçün çoxlu iş imkanı yaradacaq bu layihəni həyata keçirəcəyik. Məncə, bura bir almaz ola bilər”.

“ABŞ-ın Qəzzanı necə saxlayacağı” sualına Tramp “ABŞ-ın səlahiyyətində olacaq” cavabını verib.