6 yanvar 2025-ci il tarixində 64 yaşlı pasiyent mədə qanaxması səbəbi ilə Kliniki Tibbi Mərkəzə müraciət edib.
Mərkəzdən Operativ Media-ya verilən məlumata görə, instrumental laborator müayinələrdən keçirilən pasiyent üzərində diaqnostik laparoskopiya aparılıb. Təftiş zamanı xəstədə mədənin fundusunda GİST (qastrointestinal tümör) aşkarlanıb və qanama səbəbi kimi qiymətləndirilib.
Təcili əməliyyat üçün göstəriş verilən xəstədə qastrointestinal tümör səbəbi ilə mədənin laparoskopik olaraq wedge rezeksiyası, hissəvi qastrektomiya icra olunub.
Ümumi cərrahiyyə şöbəsinin müdiri, həkim ümumi cərrah Nazim Həsənov, həkim cərrah Leyla Allahverdiyeva və həkim-rezident Ağanur Cavadovun iştirakı ilə baş tutan əməliyyat uğurla yekunlaşıb.
Hal-hazırda xəstənin vəziyyəti kafidir. Kontrol müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılacaq.