AZ

GÜRCÜSTAN RUSİYA QARŞISINDA ŞƏRT QOYDU: "ƏGƏR..."

Gürcüstanla Rusiya arasında da siyasi narahatlıq hökm sürür...

Baş nazir İrakli Kobaxidze Rusiya ilə diplomatik əlaqələrin bərpası şərtlərini açıqlayıb. Tezadlar.az Gürcüstanın rəsmi mediasına istinadla xəbər verir ki, bu barədə Kobaxidze İsveçrənin “Die Weltwoche” həftəlik nəşrinə müsahibəsində qeyd edib. O bildirib ki, Rusiya ilə diplomatik əlaqələr Gürcüstanın ərazi bütövlüyü bərpa edilmədən qurula bilməz. Sitat: "Bizim diplomatik əlaqələrimiz yoxdur və Gürcüstanın ərazi bütövlüyü bərpa edilmədən olmayacaq. Lakin yenə də biz praqmatik siyasət yürüdürük. Praqmatizm olmadan Gürcüstan əlbəttə ki, sağ qala bilməz. Ölkəmizin ərazi bütövlüyü bərpa edilmədən diplomatik əlaqələr, əlbəttə ki, bərpa olunmayacaq. Bu, təkcə siyasi deyil, həm də hüquqi məsələdir. Rusiya ilə hazırda yalnız ticari, iqtisadi əlaqələr mövcuddur və biz münasibətlərimizdəki bu mənzərəni qoruyub saxlamaq niyyətindəyik".

Məsələ ondadır ki, Rusiya bu gün Gürcüstanın ikinci böyük ticarət tərəfdaşıdır. 2024-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 5,4 % artaraq 5,4 milyard dollar təşkil edib. 2024-cü ildə Gürcüstan məhsullarının ixracında Rusiyanın payı 10,8 % təşkil edib. Rusiyadan idxal olunan malların payı isə ümumi idxalın 11,2 %-ni təşkil edib.

Seçilən
8
9
tezadlar.az

10Mənbələr