AZ

Neftimizin qiyməti 79 dollara yaxınlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti nisbətən bahalaşıb.

 Oxu24.com  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,11 ABŞ dolları və ya 1,43% artaraq 78,98 ABŞ dollarına çatıb.

Qeyd edək ki, ötən gün Azərbaycan nefti 77,87 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.

 

Seçilən
2
28
oxu24.com

10Mənbələr