AZ

Şəhriyar Məmmədyarovun finaldakı rəqibi bu gün BƏLLİ OLACAQ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəhriyar Məmmədyarovun şahmat üzrə Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq.
Oxu.Az xəbər verir ki, yarımfinalda hər iki görüşü heç-heçə ilə başa vuran Rauf Məmmədov və Teymur Rəcəbov tay-breykdə üz-üzə gələcəklər.
Ş.Məmmədyarov daha əvvəl bu raundda Misrəddin İskəndərova qalib gəlib - 2:0.
Qadınlarda Günay Məmmədzadə tay-breykdə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva isə Gövhər Beydullayeva ilə görüşəcək.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.
Seçilən
7
4
oxu.az

5Mənbələr