AZ

Beyləqanda saxlanılan 5 nəfərdə 9 kq narkotik aşkarlanıb

Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "İki sahil"ə verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb. Ondan 8 kiloqram marixuana aşkarlanıb. Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər - Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
44
14
ikisahil.az

10Mənbələr