AZ

Apple iPhone SE təqdimatından niyə imtina edib?

"Apple" dördüncü nəsil "iPhone SE"nin elanını bu həftədən gələn həftəyə təxirə salıb...

Poliqon xəbər verir ki, bu barədə nüfuzlu insayder və Bloomberg-in jurnalisti Mark Qurman özünün X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) yazıb.

Daha əvvəl Qurman iddia etmişdi ki, "iPhone SE 4" təqdimatı fevralın 10-dan 14-nə kimi baş tutacaq. Lakin yeni elanın dəqiq tarixi hələlik dəqiqləşdirilməyib.

Bundan əlavə, "Apple"ın bir sıra digər elanları da var. Bu gün və ya sabah "kiçik elan" gözlənilir və cümə günü şirkət qarşıdan gələn "Apple Vision Pro" yeniləməsinə həsr olunmuş təqdimat keçirəcək.

Həmçinin yaxın günlərdə "Apple" şirkəti M4 çipinə əsaslanan "MacBook Air" təqdim edə bilər, lakin təqdimatın dəqiq tarixi hələ açıqlanmayıb.

"iPhone SE 4"ün 60Hz yeniləmə sürətinə malik 6,06 düymlük "OLED displey", "Face ID" skaneri, 48MP kamera, "Apple A17 Pro" çipi və "Apple Intelligence AI"ı dəstəkləmək üçün 8GB RAM ilə təchiz ediləcəyi gözlənilir. Onun sələfi "iPhone SE" (2022) "Home" düyməsi və 12MP kamera ilə 4,7 düymlük ekran təklif edirdi.

Poliqon.info

Seçilən
9
2
poliqon.info

5Mənbələr