ABŞ Konqresi Ankaranın Rusiyadan S-400 sistemlərini alması səbəbindən əvvəllər ləğv edilmiş F-35 qırıcılarının Türkiyəyə verilməsi məsələsinə baxa bilər.
“Türkiyə” qəzetinin məlumatına görə, ABŞ Konqresinin Araşdırma Xidməti (CRS) Türkiyənin İngiltərə və Kanada ilə birlikdə F-35 proqramının ilk səkkiz beynəlxalq tərəfdaşından biri olduğunu vurğulayan hesabat hazırlayıb.
Bundan əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə keçmiş koordinatoru Con Kirbi bəyan etmişdi ki, Türkiyənin F-35-lərin tədarükü Rusiyanın hava hücumundan müdafiə sistemlərinin mövcudluğu ilə bir araya sığmır.
Almaz Həsənli