AZ

Bakıda qəza: "KİA" dörd avtomobili əzdi, özü AŞDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dünən paytaxtın Yasamal rayonu, Murtuza Muxtarov küçəsində "KİA Sportage" markalı 90-MN-601 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək dörd nəqliyyat vasitəsilə toqquşub".
Bu fikirləri Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli deyib.
O bildirib ki, zərbənin nəticəsindən avtomobil aşıb: "Hadisə nəticəsində xəsarət alan olmayıb".
Qeyd edək ki, qəza nəticəsində "KİA", "Hyundai Sonata", "Ford" və "Nissan" markalı avtomobillərə zərər dəyib.
Qəza yerindən görüntüləri təqdim edirik:
Məhərrəm Əliyev
Seçilən
12
50
oxu.az

10Mənbələr