AZ

Çempionlar Liqasında bu gün 4 oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

 

Sfera.az xəbər verir ki, son oyun günündə də 4 qarşılaşma keçiriləcək.

 

Əvvəlcə Belçikada “Brügge” və İtaliyanın “Atalanta” klubları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

 

Digər üç oyun isə saat 00:00-da start götürəcək. Almaniya “Bavariya”sı Şotlandiyada “Seltik”in, İtaliya “Milan”ı Niderlandda “Feyenoord”un, Portuqaliya “Benfika”sı isə Fransada “Monako”nun qonağı olacaq.

 

Qeyd edək ki, pley-off mərhələsinin cavab matçları fevralın 18-19-da təşkil ediləcək. Bu raundun ilk 4 oyunu ötən gün keçirilib.

Seçilən
12
5
sfera.az

6Mənbələr