AZ

Məmmədyarovun Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq

Şəhriyar Məmmədyarovun şahmat üzrə Azərbaycan çempionatının finalındakı rəqibi bu gün bəlli olacaq.

Yarımfinalda hər iki görüşü heç-heçə ilə başa vuran Rauf Məmmədov və Teymur Rəcəbov tay-brekdə üz-üzə gələcəklər.

Məmmədyarov daha əvvəl bu raundda Misrətdin İskəndərova qalib gəlib - 2:0.

Qadınlarda Günay Məmmədzadə tay-brekdə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva isə Gövhər Beydullayeva ilə görüşəcək.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Seçilən
9
6
cbcsport.az

7Mənbələr