Məktəbdənkənar fəaliyyət hazırda 145 məktəbdə 100000 uşağı əhatə edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Məktəbdənkənar təhsil: Çağırışlar və perspektivlər” mövzusunda respublika konfransında çıxışı zamanı deyib.
"Məktəbdənkənar fəaliyyətin bütün şagirdlər üçün əlçatan olması, bütün təhsil müəssisələrini əhatə etməsi bizim üçün prioritetdir", - o vurğulayıb.