AZ

"İlk dəfədir mühafizəçisiz maşın sürürəm" - Ərdoğanla İbrahimin dialoqu - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli elektrik avtomobili TOGG-u Malayziyanın baş naziri Ənvər İbrahimə hədiyyə edib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Malayziyanın baş naziri İbrahim avtomobili ilk sürdüyü anları və iki lider arasındakı maraqlı dialoqu sosial media hesabında paylaşıb.

Belə ki, sürücü oturacağında əyləşən İbrahim Ərdoğana "Cənab prezident, mən ilk dəfədir ki, mühafizəçisiz maşın sürürəm", - deyib. 

Həmçinin, İbrahim avtomobil nadirən sürdüyünü və ölkəsində sürücü oturacağının sağda olduğunu ifadə edib./Unikal

 

Seçilən
26
8
adalet.az

10Mənbələr