AZ

Prezident İlham Əliyev: Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar

Bakı. Trend:

Çin şirkətləri təkcə xidmət və texnologiyaların təminedilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqdamaraqlıdırlar.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın20-də Davosda Çinin CGTN telekanalına müsahibəsində bildirib. Dövlətimizin başçısınınmüsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb.

"İndi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təminedilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqdamaraqlıdırlar və bu proses artıq gedir. COP29-da biz Azərbaycan,Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerjikabelinin çəkilməsi barədə bir müqavilə imzaladıq. Beləliklə, bizMərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerjikabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə birkabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropayauzanacaq.

Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün birdəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın küləkvə Günəş enerjisi potensialı artıq bəllidir və bu, bizim təsəvvürəgətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bizə bazarlar,texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasındaəməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə,potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşılkeçiddə çox fəal rol oynayır", - dövlət başçısı bildirib.

Seçilən
49
17
az.trend.az

10Mənbələr