Bədii gimnastika üzrə Rusiya milli komandasının baş məşqçisi İrina Viner istefa verib.

Offsideplus.az xəbər verir ki, 76 yaşlı çalışdırıcı bu gün istefa ərizəsini rəhbərliyə təqdim edib. 

20 ildən çox yığmaya rəhbərlik edən məşqçi öz qəddar iş metodu ilə daha çox tanınır. Onun məşq proseslərində milli komandanın gimnastlarını daima təhqir etməsi, idmançıları qeyri-standart üsullarla hazırlaması haqqında dəfələrlə məlumatlar yayılıb.

Bundan başqa, İ.Vinerin adı idmandan kənar digər qalmaqallarda da hallanıb. Paralel olaraq, uzun müddət Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti çalışsa da, ötən il vəzifəsiindən ayrılıb.

İrina Vinerlə bağlı daha bir qalmaqal isə 2022-ci ildə olub. O, 30 il birgə nigahda yaşadığı rusiyalı biznesmen Alişiir Usmanovdan boşanıb.