AZ

Somali prezidenti Bakıda İlham Əliyevlə görüşdə: yeni sənədlər imzalandı, birgə bəyanatlar verildi - FOTOLAR (YENİLƏNİB)

Azərbaycan Prezidenti İlham Əliyev və Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də mətbuata bəyanatlarla çıxış ediblər.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycanla ilə Somali arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.

Mia.az xəbər verir ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf mübadilə ediblər.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Somali Prezidenti Hasan Şeyx Mahmud ilə fevralın 12-də təkbətək görüşü olub.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycanda rəsmi səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.

Mia.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Seçilən
36
3
mia.az

5Mənbələr