AZ

İstanbul boğazı bağlandı

Gecə saatlarında intensivliyi artan dumanla əlaqədar saat 03.10-dan etibarən Boğaziçi keçidləri hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Olaylar.az türk mediasına istinadla xəbər verir ki, magistral yollara təsir edən duman səbəbindən bəzi yerlərdə görmə məsafəsi 4-5 metrə qədər enib. Avtomobillər də duman səbəbindən təhlükə işıqlarını yandıraraq irəliləməyə çalışıblar.

İstanbul Şəhər Xəttləri şəhərdəki əlverişsiz hava şəraiti səbəbindən bəzi bərə reyslərinin ləğv edildiyini açıqlayıb.

Bu səhər saat 07.00-da Beykoz-Eminönü Boğaziçi Xətti Xidməti 07.20 Rumelikavağı-Eminönü Xətti Xidməti, Küçüksu-İstinye, İstinye-Çubuklu Avtomobil Feribot Xətti, Aşiyan-Anadolu Hisarı-Küçüksu (Halqa) xətlərində növbəti xəbərdarlığa qədər xidmət olmayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
4
olaylar.az

5Mənbələr