AZ

Oxot dənizində 139 balıqçı buzlaqdan xilas edilib

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Saxalin vilayətindəki Oxot dənizində qırılan buz təbəqəsi üzərində sürüklənən bütün balıqçıları təxliyə ediblər.

NOCOMMENT.az xəbər v erir ki, bu barədə Tass məlumat yayıb.

“Bütün balıqçılar buzlaqdan təxliyyə olunub. Ümumilikdə 139 nəfər. Hadisə yerində 31 mütəxəssis və 17 texnika çalışıb”, – məlumatda deyilir.

Fövqəladə Hallar Nazirliyinin ərazi idarəsinin mətbuat xidməti xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə 44 nəfər, Rusiya Fövqəladə Hallar Nazirliyinin katerləri ilə 32 nəfər, könüllü katerlər ilə 63 nəfər təxliyə edilib. Qalan adamlar özləri sahilə çıxdılar.

Malki kəndindən Dolinka çayının mənsəbinə qədər 10 metrlik çat əmələ gəlib. Xilasedicilər təxliyyə üçün Mi-8 helikopterindən və hava gəmisindən istifadə ediblər.

Seçilən
15
nocomment.az

1Mənbələr