AZ

İlon Maskdan XƏBƏRDARLIQ: Bu mütləqdir, yoxsa iflas olacaq

ABŞ milyarderi və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask müdafiəyə çoxlu pulların xərcləndiyini və belə davam edərsə, ABŞ-ın müflis ola biləcəyini söyləyib.

Publika.az xəbər verir ki, İlon Mask “DOGE”nin Oval Ofisdəki fəaliyyəti ilə bağlı qiymətləndirmələr edib.

O deyib ki, əgər insanlar səs verə bilmirsə və Prezident, Senat və Nümayəndələr Palatası kimi seçdikləri nümayəndələri təyin edə bilmirlərsə, o zaman demokratiyada deyil, bürokratiyada yaşayırıq:

“Bürokratiyanın ictimaiyyət qarşısında hesabat verməsi lazımdır. Büdcə kəsirinin aradan qaldırılması lazımdır. Büdcə kəsiri ilə bağlı heç bir iş görülməsə, ölkə iflas edəcək. Federal xərclərin azaldılması bizim üçün istəyə bağlı deyil, bu mütləqdir".

Seçilən
26
4
publika.az

5Mənbələr