AZ

Mask: "NATO-nun dəyişikliklərə ehtiyacı var"


ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) yeni rəhbəri İlon Mask NATO-ya “yenidən baxılmasının” zəruriliyindən danışıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki profilində yazıb.

 

Milyarder Maykl Li adlı istifadəçinin "soyuq müharibə"nin artıq necə başa çatdığı və Şimali Atlantika Alyansının anaxronizmə çevrildiyi barədə yazısını belə şərh edib.

 

"NATO-nun dəyişikliyə ehtiyacı var", - Mask Linin yazısına cavab olaraq yazıb.

 

Xatırladaq ki, daha əvvəl Helsinki Universitetinin professoru Tuomas Malinen X sosial şəbəkəsindəki səhifəsində ABŞ Prezidenti Donald Tramp və İlon Maska Alyansın fəaliyyətinin auditini aparmağı təklif edib.

 

İnci 

Seçilən
10
38
sfera.az

10Mənbələr