Fevralın 12-si üçün günəş və geomaqnit aktivliyinin proqnozu açıqlanıb.
Referans.az Lent.az-a istinadla bildirir ki, məlumatı ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi yayıb.
Geomaqnit qasırğaları güc səviyyəsinə görə təsnif edilir - K-indeksi - 2-dən 9-a qədər. K-indeksi nə qədər yüksək olsa, qasırğa və onun nəticələri və insanlara və avadanlıqlara təsiri bir o qədər güclü olar.
Fevralın 12-də K-indeksi 5 (qırmızı səviyyə) olan daha bir güclü qasırğa gözlənilir.
Qeyd etmək lazımdır ki, proqnoz hələ də dəyişə bilər, çünki günəş aktivliyi tədqiqatçıları öz məlumatlarını hər üç saatdan bir yeniləyirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta