Ermənistan parlamenti Avropa İttifaqına (Aİ) daxil olmaq haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib.
Redaktor.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Qanun layihəsinin lehinə 63 deputat, əleyhinə isə 7 deputat səs verib.
Robert Köçəryanın fraksiyası isə səsvermədə iştirakdan imtina edib.
Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib. Bundan sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiq edib.