AZ

Məşhur vulkanı yenidən püskürür

Dünyanın ən aktiv vulkanlarından biri olan Havaydakı Kilauea vulkanı yenidən püskürüb.

"Cebheinfo.az" xəbər verir ki, Kilauea vulkanı dekabrın 23-dən bəri fasilələrlə püskürür.

Havay Vulkan Rəsədxanasından verilən yazılı açıqlamada vulkanın yerli vaxtla saat 10:16 radələrində 9-cu dəfə 100 metr hündürlüyə qədər lava püskürdüyü və tüstünün səmaya qalxdığı qeyd edilib.

Vulkandakı fəaliyyətin Havay Vulkanları Milli Parkı daxilindəki zirvə kraterində baş verdiyi qeyd edilib. Milli parka gələnlərə təhlükəsizlik üçün bağlı ərazilərdən uzaq durmaları və zərərli qazlardan ehtiyatlı olmaları barədə xəbərdarlıq edilir.

Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.

Seçilən
12
2
cebheinfo.az

6Mənbələr