Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) heyətində dəyişiklik edilib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Sabah”ın oyunçusu İbrahim Xəlilov zədələndiyi üçün onun yerinə “Sumqayıt”ın üzvü Emil Həsənov milliyə dəvət olunub.
Xatırladaq ki, U-17 millimiz fevralın 13-nə qədər Bakıda təlim-məşq toplanışı keçəcək. Komanda fevralın 14-dən 22-nə qədər Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.