AZ

Bülent Ersoyun həyatı filmə çəkilir

Bülent Ersoyun həyatı filmə çəkilirMəşhur türk sənətçisi Bülent Ersoyun həyatı və həyatının bilinməyən tərəfləri bir filmə çəkiləcək.

Sonxeber.az türk mediyasına istinadən xəbər veir ki, "Orchestra Content"in istehsal etdiyi filmin ssenarisini Mine Şengöz yazıb.

Özünəməxsus üslubu ilə tanınan və sevilən sənətçinin hekayəsindən bəhs edəcək filmin hekayəsi Ersoy tərəfindən bəyənilib.

Filmdə Ersoy obrazını kimin canlandıracağı hələlik açıqlanmayıb.

Sənətçi bir neçə il əvvəl imza atdığı film üçün həyəcanını sosial media hesabında "Həyatımın imzası" qeydi ilə bölüşüb.

Seçilən
25
sonxeber.az

1Mənbələr