AZ

Trampın nümayəndəsi Moskvada Putinlə üç saatdan çox müzakirə aparıb

Trampın

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Steve Vitkoff, ehtimal ki, amerikalı müəllim Mark Vogelin azadlığa buraxılması üçün Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putinlə görüşüb. O, Səudiyyə Ərəbistanı və Qətər nümayəndələri ilə də danışıqlar aparıb.

Reyting.az
bildirir ki, bu barədə “Fox News” telekanalının aparıcısı Şon Hanniti məlumat verib.

Aparıcının sözlərinə görə, Trampın nümayəndəsi Moskvada Putinlə təxminən 3,5 saat müzakirə aparıb.

Şon Hanniti siyasətçilərin nədən danışdığını dəqiqləşdirməyib.

Ağ ev mümkün danışıqlar barədə məlumatı şərh etməyib.

ABŞ mediası bildirir ki, Tramp narkotik ittihamı ilə 3,5 il Rusiyada həbsdə saxlanılan amerikalı müəllim Mark Vogelin azadlığa buraxılmasına görə Rusiya prezidentinə təşəkkür edib.

“Onların Markı evə buraxmalarını yüksək qiymətləndirirəm”,- Tramp deyib.

ABŞ Prezidenti bildirib ki, mübadilə şərtləri digər prezidentlər dövründəki sövdələşmələrdən ədalətlidir.

Amerika lideri onu da vurğulayıb ki, Mark Vogelin azadlığa buraxılması Ukraynada müharibənin başa çatmasında mühüm rol oynaya bilər.

Xatırladaq ki, fevralın 11-də Trampın xüsusi nümayəndəsinin gizli mübadilə üçün Moskvaya uçduğu məlum olub.

Y. QACAR
Seçilən
13
reyting.az

1Mənbələr