Ayrılıq, boşanma xəbərləri ilə gündəmdən düşməyən Aysun İsmayılovanın daha bir paylaşımı gündəm olub.
Mahnılı paylaşımları ilə qarşı tərəfə "söz vurduğu" deyilən Aysun paylaşımı da söz-söhbət yaradıb. Bir neçə gün öncə “özledim”, “hardasan, ay sevgilim” deyən ifaçının yeni videosu izləyiciləri arasında çaşqınlıq yaradıb.
Qeyd edək ki, Aysun İsmayılova vəkil Ramil Vəliyevlə 2 ildir ki, evlidir və onların 1 qızı var. Bu yaxınlarda boşanmaq üçün hüquqi prosedurlara başladıqları deyilən cütlük arasında qalmaqal səngimir. Necə deyərlər, hər iki tərəf bir-birinə “soyuq müharibə” elan edib.