Fevralın 14-16-da Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində çıxış edəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
İdman.biz xəbər verir ki, komandamız yarışa 33 cüdoçu ilə qatılacaq.
Öncədən 38 idmançımızın tatamiyə çıxacağı gözlənilsə də, onlardan beşi mübarizəyə qoşulmayacaq. Ölkəmizdəki "Böyük Dəbilqə" turnirində Turan Bayramov, Əhməd Yusifov, Hüseyn Allahyarov, Balabəy Ağayev (hamısı 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev, Rəşad Elkiyev, Elşən Əsədov (hamısı 66 kq), Rəşad Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə, Qədir Hüseynov (hamısı 73 kq), Zelim Tskayev, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev, Süleyman Şükürov (hamısı 81 kq), Tuncay Şamil, Əli Qazıməmmədov (hamısı 90 kq), Əjdar Bağırov, Davud Namazlı (hamısı 100 kq), Uşanqi Kokauri, Camal Həmzətxanov, Kənan Nəsibov və Ramazan Əhmədov (hamısı +100 kq), Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hamısı 48 kq), Fidan Əlizadə, Fidan Qasımova (hamısı 57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə aparacaqlar.
Murad Fətiyev (90 kq), Elmar Qasımov, Nihad Şıxəlizadə (hər ikisi 100 kq), Aydan Vəliyeva (52 kq), Açelya Toprak (57 kq) isə heyətdən çıxarılıb.
Qeyd edək ki, üç gün davam edəcək turnirdə 38 ölkədən 270 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
İdman.biz