AZ

VÜQAR TAHİROVUN HALAL ADI İLƏ HARAM KOLBASA FƏALİYYƏTİ!- AQTA BU DƏFƏ SUSMADI

Nəhayət, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu dəfəki yoxlamalarında etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanan “Best Beef” əmtəə nişanlı kolbasa və sosis istehsalçısının kimliyi bəlli oldu...

Agentlikdən "Təzadlar"a verilən bilgiyə görə, baş verənlər şirkətin ilk nöqsanı və bu nöqsana görə ilk cəzası deyil. Əvvəl də “Best Beef”lə bağlı protokol yazılıb, sanksiya tətbiq edilib. Məsələn, bəlli olur ki, 2023-cü ildə iş adamı, fiziki şəxs Vüqar Tahirovun istehsal etdiyi “Best Beef” markalı bişmiş hisə verilmiş “Servalat” kolbasasında və əla növ “Ocaq” sosiskasında, üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanmışdı.Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) laborator sınaqları aparmaqla aşkar etmişdi. V.Tahirova məxsus “Best Beef” əmtə nişanlı daha bir neçə məhsulda iki il sonra eyni nöqsanın aşkarlanması maraq doğurur. Görünür iş adamı V.Tahirov ilk protokoldan dərs çıxarmayıb və hələ neçə il də üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si olan məhsular istehsal edib və satışa çıxarıb. Qeyd edək ki, AQTA-nın dünən yaydığı məlumatda məlum oldu ki, “Best Beef” əmtəə nişanlı “Ocaq” sosis məhsulunun (11.11.2024-cü il istehsal tarixli) müayinəsi nəticəsində etiket məlumatında bəyan edilmədiyi halda, tərkibində donuz əti DNT-si aşkarlanıb. Bildirilib ki, bununla bağlı “Elite Food Company” MMC-yə məxsus kolbasa emalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı 450 qramlıq “Best Beef” əmtəə nişanlı “Ocaq” sosisindən (07.01.2025-ci il istehsal tarixli) və 1,130 kiloqramlıq “Best Beef” əmtəə nişanlı bişmiş “Doktorskaya” kolbasasından (06.01.2025-ci il istehsal tarixli) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsinə əsasən, bu məhsullarda da donuz DNT-si müəyyən edilib.Faktla bağlı sahibkar barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Eyni zamanda həmin məhsulların istehsalının dayandırılması, həmçinin emal edilmiş məhsul partiyalarının satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. 

Conda: adı çəkilən məhsulların istehsalçısı iş adamı Vüqar Tahirovdur. Onun barəsində də araşdırmalara başlanıldığı deyilir.

Seçilən
29
11
tezadlar.az

10Mənbələr