Bakı. Trend:
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük vəTəchizat” ASC tərəfindən 15-16 fevral tarixlərində Bakıda növbəti“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Bu barədə Trend-ə KTN-dən məlumat verilib.
Bu həftə yarmarkada ümumilikdə 20-dən artıq rayondan 50-dən çoxfermerin iştirakı gözlənilir. Fermerlər 150-dən artlıq çeşiddə kəndtəsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5(“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı)ünvanında keçirilir və burada satışa çıxarılan məhsullarınkeyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir.Vətəndaşlar yarmarkada fəaliyyət göstərəcək Səyyar QidaLaboratoriyasının xidmətlərindən də faydalana biləcəklər.
Yarmarkanın keçirilməsində əsas məqsəd yerli fermerlər üçünalternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbiivə sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Qeyd edək ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkalarında iştiraketmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqəsaxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindənmüraciət edə bilərlər. Yarmarkalarda iştirak tamamilə ödənişsizdir.Burada fermerlər piştaxta, tərəzi, soyuducu və digər ləvazimatlarlatəchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəbilərlər.