Bakı. Trend:
Networking Azerbaijan 2025-ci ildə sahibkarlara nə verəcək? GalaNight-da planlar açıqlandı.
“Bu il “Networking Azerbaijan” biznes klubu üzvlərinə daha çoxbilik, bacarıq və biznes əlaqələr qazandıracaq tədbirlər keçirməyəüstünlük verəcək” – klub üzvlərini ilin ilk netvörkinqində - JWMarriott Absheron’da keçirilən "Networking Gala Night" tədbirindəbir araya gətirən biznes klubun həmtəsisçiləri Orxan Hacıyev vəƏliağa Kürçaylı açılış nitqində belə bildiriblər. Orxan Hacıyevəlavə edib ki, xüsusən Net-talks və ixtisaslaşmış netvörkinqtədbirləri həm klub üzvlərinin, həm də müxtəlif sahə peşəkarlarınınböyük marağına səbəb olub. Tədbiri açılış sözü ilə İlkin Dövlətovdavam etdirərək, biznes klubda birləşən sahibkarlara yeni ildəuğurlar arzulayıb.
"Networking Gala Night"-da 400 nəfərə yaxın iş adamı, şirkət vədövlət nümayəndəsi, millət vəkili, xarici ölkələrin AzərbaycanRespublikasında fəaliyyət göstərən səfirliklərin təmsilçiləriiştirak edib. “Əhatəniz qədər güclüsünüz!” şüarı ilə keçən tədbirdəvurğulanıb ki, klubunun fəaliyyəti işgüzar mühitdə dövlət və özəlşirkətlər, eyni zamanda rəhbər şəxslər arasında əlaqələrinqurulmasına yönəlib.
Daha sonra biznes klubun Gold Member (“Qızıl” üzv) statusundaolan üzvlərinə fəxri qonaqlar tərəfindən üzvlük rəmzləri təqdimedilib. Fəxri qonaqlar – rəsmi nümayəndələr çıxışlarında özəlsektorun ölkə iqtisadiyyatında tutduğu yeri vurğulayaraq,netvörkinq tədbirlərinin dövlət-özəl münasibətlərininmökəmlənməsinə təsirini önə çəkiblər.
Gala Night Passion Grupunun ifası və fikir mübadiləsi ilə davamedib.
Qeyd edək ki, “Networking Azerbaijan” Biznes Klubu 2017 – ciildən fəaliyyət göstərir. Bu günə kimi 4000 – ə qədər sahibkar vəidarəçilər üçün ünsiyyət və müzakirəni təmin edən, yüksək səviyyədətəşkil olunmuş tədbirləri ilə tanınıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az