AZ

Azad edilən ərazilərdə peşə məktəblərində təhsil alanlar üçün ayrılan vəsaitin məbləği açıqlanıb

Bakı, 12 fevral, AZƏRTAC

İlkin hesablamalara görə, işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan azı 3000 nəfər şəxsin peşə təhsili üzrə cəmi təhsil haqqı xərcləri təqribi 3,5 milyon manat təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin fevralın 12-də keçirilən iclasında bildirib.

A.Vəliyev qeyd edib ki, təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın qüvvədə olduğu müddətdə həyata keçirilməsi nəzərdə tutulur.

Seçilən
21
2
azertag.az

4Mənbələr