AZ

"Ofisdə ölənlər də oldu" - Zelenski ona qarşı edilən sui-qəsd cəhdindən danışdı

Ukrayna prezidenti Volodimir Zelenski genişmiqyaslı müharibənin əvvəlində ona qarşı edilən sui-qəsd cəhdlərindən danışıb. 

"Unikal" xəbər verir ki, bu barədə o, "The Guardian"a müsahibəsində açıqlayıb.

Zelenski ofisinə ona qarşı edilən cəhdlərin birində insanların öldüyünü də bildirib: "Bir çox liderlər mənə zəng edib dedilər ki, biz getməliyik, bura qədərdir. Mən də yox dedim. Müxtəlif tərəfdən təzyiqlər oldu. Öldürmək istəyənlər oldu, gülləbaran oldu və s. Bizim ofisin içərisində ölənlər də oldu, müdafiə edən başqa insanlar da var idi", - deyə Zelenski bildirib.

Dövlət başçısı əlavə edib ki, bununla paralel olaraq Moskvadan ultimatumlar olub, ruslar təzyiq edib.

Ağarza Elçinoğlu 

Seçilən
16
42
unikal.az

10Mənbələr