AZ

Zelenski Trampla telefon danışığının detallarını açıqladı

Kiyev, 12 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı sülhün əldə edilməsinin mümkünlüyü barədə müzakirə apardıq.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat verib.

“Trampla uzun söhbətimiz oldu. Komanda şəkilində birgə istəyimizi bildirdik. Biz birlikdə nə edə biləcəyimizə maraq göstərdiyinə görə Prezident Trampa minnətdaram”, - deyə Zelenski əlavə edib.

Zelenski bildirib ki, Ukrayna hamıdan çox sülh istəyir.

“Biz Rusiyanın təcavüzünü dayandırmaq və etibarlı, davamlı sülhə zəmanət vermək üçün Amerika ilə ümumi addımlarımızı müəyyən edirik. Prezident Trampın dediyi kimi, gəlin, bunu həyata keçirək. Biz gələcək təmaslar və görüşlər barədə razılığa gəldik”, - deyə Zelenski vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
6
4
azertag.az

10Mənbələr