AZ

Uşaq cərrahı: Adətən uşaqlar saat batareyası, ət parçası, qəpik, xırda oyuncaqlar udurlar

Bakı, 12 fevral, AZƏRTAC

Hər bir ailə məlumatı olmalıdır, 2-3 yaşlı uşaqların əlinin altındakı kiçik əşyalara - fındıq, qoz, saqqız və s. məhsullara diqqətli yanaşmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev bildirib.

Onun sözlərinə görə, uşaq bu məhsullardan ağzına alsa, qida, ya da daha pis, nəfəs borusunda ilişib qala və bu da xoşagəlməz hadisə ilə nəticələnə bilər: “Belə hallarda bəzi valideyinlər özlərini itirirlər və ilkin yardım etməkdə çətinlik çəkirlər. Bir çoxları ilk tibbi yardımı bilmədən barmağını uşağın boğazına salır. Bu, səhvdir. Çünki barmaqla cismi nəfəs borusuna da itələyə bilərlər. Ona görə də, valideyin bilməlidir ki, uşağı ağzı aşağı, ayaqlarını qarnına yığaraq uzatmaq və kürəyindən vurmaq lazımdır. Belə olduqda yad cisim uşağın boğazından tez düşəcək. Yox əgər çıxmazsa, təcili xəstəxanaya çatdırmaq lazımdır. Bir də görürsən ki, valideyin deyir: “Uşaq filan şeyi ağzına qoydu, bir az öskürdü və uddu. Heç bir problem yoxdur”. Bu, belə deyil, tənəffüsün normal olmasına baxmayaraq, cisim ağciyərə düşə bilər”.

U.Musayev qeyd edib ki, yad cisim nəfəs borusunda deyil, yemək borusundadırsa, bu zaman onun ölçüsü əsasdır: “Çünki mədəyə, bağırsağa keçərsə, əsas problem ölçü ilə bağlı yaranacaq. Yemək borusunda 3 fizioloji darlıq var və cisimlər həmin darlıqda ilişib qalır. Bu zaman uşaq tüpürcəyini uda bilmir, ürək bulanması, qusma halları olur. Adətən uşaqlar saat batareyası, ət parçası, qəpik, xırda oyuncaqlar udurlar”.

Seçilən
1
1
azertag.az

2Mənbələr