Azərbaycanın iqtisadi inkişafı müflisləşmə ilə bağlı hüquqi bazanın müasir tələblərinə cavab verəcək səviyyəyə qaldırılması prioritetdir.
Bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov "Biznesin müflisləşməsi" işçi qrupunun iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın bugünki iqtisadi inkişafı və əlverişli biznes mühitinin yaradılması ilə bağlı ölkə rəhbərinin qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün müflisləşmə ilə bağlı qanunvericiliyi müasir tələblərə cavab verəcək şəkildə inkişafı artıq qarşımıza prioritet şəkildə durur.
"İşçi qrup olaraq qarşımızda duran ən əsas vəzifələrdən biri də bu sahəni inkişaf etdirilməsidir. Əlbəttə, müflisləşmə və iflasla bağlı qanunvericiliyimiz var. Bu sahədə müəyyən mənada təcrübəmiz var. Ancaq bu institutlar tələb olunan səviyyədə inkişaf etməyib. ona görə də, bu sahədə ən vacib məsələlərdən biri, işçi qrupunun yeni tədbirlər planında da əks olunduğu kimi əsas məslələrdən biri müflisləşmə sahəsində qanunvericilik bazasının formalaşdırılmasıdır", - nazir müavini deyib.