AZ

Abşeronda şəhidlərimiz yad edilib, ailələri ziyarət olunub - Fotolar

Vətən müharibəsində düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız Abşeron rayonunda yad edilib.

“Qafqazinfo” xəbər verir ki, anım tədbirlərinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları qatılıb.

Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Adil Hüseynzadənin anım mərasimində, şəhid Sahib Musayevin həyat yoldaşı Pərvin Musayevanın, şəhid Şamil Nəcəfovun və şəhid Ramid Hacıyevin oğlunun doğum günlərində, o cümlədən şəhid Mehman Şirvanovun ailəsi ziyarət olunub, şəhidlərimizin məzarları üzərlərinə çiçəklər düzərək xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Şəhidlərimizin əvvəllər yaşadıqları evlərinə baş çəkilib, onların ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlanılıb.

Eyni zamanda Abdin Fərzəliyev təyyarə qəzasında həlak olmuş, Azərbaycan Milli Qəhrəmanı Hökümə Əliyevanın anım mərasimində iştirak edib və Məmmədli qəsəbəsində yaşayan ailəsinə ötən müddət ərzində mənəvi dəstək olunub.

Şəhid ailələri ilə görüşdə RİH başçısı düşmən üzərində qazanılan şanlı qələbədən danışaraq bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə düşmən öz məğlubiyyətini etiraf etməli olub və Kapitulyasiya aktına imza atıb.

Azərbaycanımızın ərazi bütövlüyü tam təmin olunduqdan sonra işğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayan RİH başçısı qeyd edib ki, Qarabağa yenidən həyat qayıdıb.









Seçilən
12
3
qafqazinfo.az

5Mənbələr