AZ

Somali prezidenti Heydər Əliyevin xatirəsini andı - Foto

Azərbaycanda rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmud fevralın 12-də Fəxri xiyabanda xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sherg.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

Telegram Widget
Somali Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb
Seçilən
35
43
sherg.az

10Mənbələr