AZ

Sağlamlıq haqqında arayışlar məktəbəqədər təhsil müəssisələrinin elektron sisteminə inteqrasiya olunur

Bakı. Trend:

Elm və Təhsil Nazirliyi ilə TƏBİB arasında əməkdaşlıqçərçivəsində təhsil müəssisələrində sənəd dövriyyəsininrəqəmsallaşdırılması istiqamətində mühüm addım atılıb.

Trend xəbərverir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu çərçivədə məktəbəqədər təhsil müəssisələrinəuşaqların qəbulu zamanı tibb müəssisələri tərəfindən elektronşəkildə təqdim edilən sağlamlıq haqqında tibbi arayışlar birbaşa“Məktəbəqədər Təhsil Müəssisələrinə Uşaqların Qəbulu” elektronsisteminə ötürüləcək.

"Məktəbəqədər təhsil müəssisəsinə qəbul olan uşağın sağlamlıqarayışı tibbi yoxlanışdan keçdikdən 48 saat ərzində sistemüzərindən elektron qaydada valideynin şəxsi kabinetində və qəbulolunduğu təhsil müəssisənin inzibatçı kabinetində əks olunacaqdır.Bu yeniliyə əsasən, valideynlər artıq uşağın sağlamlıq haqqındatibbi arayışını çap edib təhsil müəssisəsinə fiziki şəkildə təqdimetməyə ehtiyac duymayacaqlar.

Tətbiq ediləcək bu yenilik sənədləşmə prosesini sürətləndirəcək,şəffaflığı artıracaq, valideynlər üçün əlavə vaxt itkisini aradanqaldıracaq və kağız daşıyıcılardan istifadənin minimumaendirilməsinə imkan yaradacaq. Bu da öz növbəsində ekolojidayanıqlılıq prinsiplərinə uyğun olaraq tullantıların azalmasına vəkarbon izinin minimallaşdırılmasına töhfə verəcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi2022-ci ildən etibarən www.bq.edu.az portalı vasitəsilə elektron qaydadahəyata keçirilir",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
5
2
az.trend.az

3Mənbələr