AZ

AFFA bu klubun həkimi 5 oyunluq cəzalandırdı

Azərbaycan I Liqasında çıxış edən “Qaradağ Lökbatan” klubunun həkimi Xəyal Alızadə 5 oyunluq cəzalandırılıb.

Sportal.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna I Liqanın XIII turunda “Mingəçevir”lə matçın 75-ci dəqiqəsində onun həkimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub. Bakı klubu həkiminin hərəkətinə görə 400 manat cərimələnib.

AFFA oyunun 76-cı dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə “Qaradağ Lökbatan”ın futbolçusu Əli Kərimovu da 4 oyunluq cəzalandırıb. Bununla yanaşı, klub 300 manat cərimələnib.

saytlarin hazirlanmasi

Seçilən
31
8
sportal.az

6Mənbələr