Tailandda üçayaqlı it sahibini ona tərəf sürünən iri kobradan xilas edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “The Thaiger” məlumat paylaşıb.
Qeyd olunub ki, Tanong adlı Tailand vətəndaşına yatdığı yerdə ilan sancmaq istəyib. Bu vaxt onun iti Sato pəncəsinin olmamasına baxmayaraq, ilana hücum edib. Onun zəhəri itin üzünə dəysə də, heç bir ciddi xəsarət almayıb. Sahibi dərhal iti baytara aparıb və ona profilaktik dərmanlar verilib, daha sonra evə göndərilib.
Tanong hadisəni sosial media səhifəsində paylaşdıqdan sonra Sato onun qəhrəmanlığına və fədakarlığına heyran olan minlərlə pərəstişkar qazanıb.
Həmidə İbrahimova