Zelenski BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyəyə səfər etməyi planlaşdırır.
Demokratikmusavat.com xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, BƏƏ-yə səfər humanitar proqram və məhbus mübadiləsi məsələləri ilə bağlıdır.
Ardınca kralla bir sıra məsələləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edəcək.
Daha sonra o, həyat yoldaşı ilə birlikdə prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə gedəcək.
Eyni zamanda, Zelenski “ruslarla görüşməyəcəyini” vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Səudiyyə Ərəbistanında Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu görüşlərin dəqiq nə vaxt baş tutacağı hələlik məlum deyil. Lakin Tramp əlavə edib ki, bu görüş "çox uzaq gələcəkdə olmayacaq".