AZ

Türkiyə bu texnikalarını BƏƏ-də təqdim edəcək

Türkiyənin “Nurol Makina” şirkətinin istehsalı olan “Ejder Yalçın” zirehli avtomobilinin EWB versiyası 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təqdim olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Şirkətin açıqlamasında bildirilib ki, zirehli avtomobil 17-21 fevral 2025-ci il tarixlərində Əbu Dabidə keçiriləcək Beynəlxalq Müdafiə Sərgisi və Ticarət Sərgisində (IDEX 2025) potensial müştərilərə təqdim olunacaq.

Bundan əlavə, sərgidə Türkiyənin ASELSAN hərbi-sənaye şirkəti tərəfindən istehsal olunan məsafədən idarə olunan 30 mm-lik “NEFER” atəş sistemi, həmçinin 12 nəfərlik ekipaj daşıya bilən zirehli maşın da nümayiş etdiriləcək.v

Seçilən
0
1
yenicag.az

2Mənbələr