AZ

Texniki baxışla bağlı sürücülərin nəzərinə

"Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib".Metbuat.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb: "Həmin mərkəzlər həftənin I-VI günləri saat 9:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 9:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün (012) 590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər".

Seçilən
34
49
metbuat.az

10Mənbələr