AZ

Ukrayna Təhlükəsizlik Xidmətindən ifşa: Antiterror Mərkəzinin qərargah rəisi Rusiya üçün işləyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Təhlükəsizlik Xidməti (UTX) öz sıralarında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) işləyən əməkdaşını ifşa edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə UNIAN xəbər yayıb.
Bildirilir ki, Rusiya xüsusi xidmət orqanları üçün işləyən Antiterror Mərkəzinin qərargah rəisi Dmitri Kozyura bu gün səhər həbs edilib. Təhlükəsizlik xidməti onun qanunsuz fəaliyyətinin 14 epizodunu sənədləşdirib.
UTX rəhbəri Vasili Malyuk Kozyuranın araşdırılması ilə məşğul olan əməliyyat-istintaq qrupuna şəxsən daxil olub və onun həbs əməliyyatına rəhbərlik edib. O, xüsusi əməliyyatın bütün mərhələləri barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə birbaşa məruzə edib.
"Bu, mürəkkəb bir araşdırma və çoxaddımlı həyata keçirmə əməliyyatı idi ki, bu zaman biz fəaliyyətimizin bütün mümkün açıq və gizli formalarından, metodlarından, həmçinin bütün mümkün əməliyyat-texniki tədbirlər spektrindən istifadə etdik. Şifrələnmiş proqram təminatı vasitəsilə biz Kozyuranın qadjetlərinə - mobil terminallarına, kompüterlərinə daxil olduq. Biz faktiki olaraq onunla yaşayırdıq, audio və video nəzarət aparırdıq. Bu prosesin gedişində biz onun müvafiq məlumatları toplamasını və düşmənə ötürməsini keyfiyyətlə sənədləşdirə bildik", - deyə Malyuk bildirib.
O həmçinin qeyd edib ki, UTX qərargah rəisi vasitəsilə uzun müddət düşmənə dezinformasiya ötürüblər: əvvəlcə əks-kəşfiyyat tədbirləri, sonra isə cinayət işi çərçivəsində.
Seçilən
8
oxu.az

1Mənbələr