AZ

“Culfa” gömrük postunda psixotrop maddə və narkotik vasitə aşkarlanıb

Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “PVC” yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Hafta.az xəbər verir ki, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kiloqram 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Eyni zamanda, nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən 2 bükümdə, ümumi çəkisi 4,771 qram olan qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
34
3
hafta.az

10Mənbələr