Rusiya Federasiyasının (RF) işğal cəhdinə NATO-nun cavabı sarsıdıcı olacaq. Eyni zamanda, Alyansa üzv ölkələr müdafiə xərclərini artırmalıdır.
Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki, bu barədə mətbuat konfransı zamanı NATO-nun baş katibi Mark Rutte deyib.
“Əgər Putin NATO-ya hücum etməyə hazırlaşırsa, o, bu barədə düşünməməlidir. O, uduzacaq. Reaksiya sadəcə dağıdıcı olacaq. Biz NATO-nun müdafiə qabiliyyətinin nə qədər güclü olduğunu bilirik”, - Rutte bildirib.
QAZİLER.AZ